Yüksəliş müsabiqəsi imtahan sualları 2023 | Hüquq və iqtisadiyyat üzrə sual bloku

Sual 1

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı son 30 ildə aparılan müzakirələrdə Azərbaycanın hər zaman prioritet hesab etdiyi beynəlxalq hüquq prinsipi:

  1. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi
  2. Xalqların öz müqəddəratını təyin etməsi
  3. Dövlətlərin hüquqi cəhətdən bərabərliyi
  4. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi
  5. Dövlətlərin ərazi bütövlüyü

Doğru cavab: Dövlətlərin ərazi bütövlüyü

Sual 2

Bir ölkədə qəbul edilən patent müraciətlərinin çox olması birmənalı olaraq göstəricisi hesab edilə bilər:

1)xarici sərmayəyə ehtiyac olduğunun

2)innovativ ideyaların qiymətləndirildiyinin

3) ölkənin inkişaf etmədiyinin

  1. 1 və 2
  2. 1 və 3
  3. yalnız 3
  4. yalnız 1
  5. yalnız 2

Doğru cavab: yalnız 2

Sual 3

→ Şell

→ BP

→ Şevron

Yuxarıda hansı ölkələrə aid transmilli şirkətlər verilmişdir?

  1. ABŞ və Belçikaya
  2. İngiltərə və Norveçə
  3. Fransa və İngiltərəyə
  4. ABŞ və İngiltərəyə
  5. Belçika və İngiltərəyə

Doğru cavab: ABŞ və İngiltərəyə

Sual 4

Azərbaycan iqtisadiyyatında son illərdə baş vermişdir:

  1. Elektrik enerjisinə tələbin idxal hesabına ödənilməsi
  2. Avropa ölkələrinə qaz ixracının başlanması
  3. Büdcəyə vergi daxilolmalarının azalması
  4. Neft fondundan dövlət büdcəsinə transferlərin dayandırılması
  5. Milli valyutanın kursunda mütəmadi olaraq dalğalanmaların müşahidə edilməsi

Doğru cavab: Avropa ölkələrinə qaz ixracının başlanması

Sual 5

Bir ölkədə vergidən yayınma halları geniş yayılıbsa, bu, hansının göstəricisinin yüksək olduğunu deməyə əsas verər?

  1. ümumi iqtisadi rifah səviyyəsinin
  2. kölgə iqtisadiyyatının
  3. bank sektorunun güclü olduğunun
  4. büdcəyə daxilolmaların
  5. inflyasiyanın

Doğru cavab: kölgə iqtisadiyyatının

Sual 6

Məhkəmə hakimiyyətinin xüsusiyyəti hesab edilmir :

1)Məhkəmələr qanun qarşısında imtiyazlı şəxslər müəyyən edə bilər.

2)Hakimlərin qərarları müzakirə oluna bilməz.

3) Məhkəmələr müstəqil olmalıdır.

  1. 2 və 3
  2. 1 və 2
  3. Yalnız 3
  4. 1 və 3
  5. Yalnız 2

Doğru cavab: 1 və 2

Sual 7

Bir məhkəmənin çıxardığı qərarın bənzər situasiyada digər məhkəmə qərarı üçün əsas təşkil etməsi necə adlanır?

  1. məhkəməyə istinad
  2. de-fakto tanıma
  3. məhkəmə presedenti
  4. qanunlaşdırma
  5. məhkəmə qaydası

Doğru cavab: məhkəmə presedenti

Sual 8

Ölkəmizdə hazırda minimum əməkhaqqı nə qədərdir?

  1. 380 AZN
  2. 320 AZN
  3. 345 AZN
  4. 375 AZN
  5. 250 AZN

Doğru cavab: 345 AZN

Sual 9

“Made in Azerbaijan” brendi altında istehsal olunur:

  1. “İsuzu”
  2. “Niva”
  3. “Ravon”
  4. “QAZ”
  5. “Khazar”

Doğru cavab: “Khazar”

Sual 10

Hansı iqtisadi sanksiya deyil ?

  1. şəxsin saxlanılması
  2. ölkəyə sərmayə qoyuluşunun dayandırılması
  3. hansısa firmanın mallarının boykot edilməsi
  4. ixraca məhdudiyyət qoyulması
  5. SWIFT sisteminə girişə qadağa qoyulması

Doğru cavab: şəxsin saxlanılması

Sual 11

Devalvasiyanın nəticələrindəndir:

  1. xarici malların ucuzlaşması
  2. ixracın azalması
  3. yerli istehsala marağın azalması
  4. problemli kreditlərin yaranması
  5. kənd təsərrüfatının əhəmiyyətini itirməsi

Doğru cavab: problemli kreditlərin yaranması

Sual 12

Bir ölkəyə xarici kapital gəlməsinə müsbət təsir edər:

1)bazarın kiçik olması

2)vergi güzəştləri

3)inkişaf etmiş infrastruktur

4)əməkhaqqı xərclərinin yüksək olması

  1. 2, 4
  2. 3, 4
  3. 1, 4
  4. 1, 3
  5. 2, 3

Doğru cavab: 2, 3

Sual 13

Hüquq normaları ilə sosial normaların ortaq cəhətidir:

1)Sanksiyası mənəvi xarakter daşıyır.

2)İnsanlar arasındakı münasibətləri tənzimləyir.

3)Dəyişikliklərə məruz qala bilər.

  1. yalnız 2
  2. yalnız 1
  3. 2 və 3
  4. 1 və 2
  5. 1 və 3

Doğru cavab: 2 və 3

Sual 14

Hazırda ölkəmizdə 100 faiz sığortalanan əmanətlərin maksimum miqdarı nə qədərdir (manatla)?

  1. 50 000
  2. 100 000
  3. 40 000
  4. 70 000
  5. 30 000

Doğru cavab: 100 000

Sual 15

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələrinə aiddir:

  1. Vətənə sədaqət
  2. yaradıcılıq
  3. azad sahibkarlıq
  4. seçki
  5. hüquqi yardım almaq

Doğru cavab: Vətənə sədaqət

Sual 16

Azərbaycanda iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edən layihədir:

  1. “ƏDV geri al”
  2. “Təmiz şəhər”
  3. “Elektron hökumət”
  4. “ASAN Xidmət”
  5. “Ağıllı kənd”

Doğru cavab: “ƏDV geri al”

Sual 17

Bağlanmış beynəlxalq müqavilənin dövlətin ali hakimiyyət orqanı tərəfindən təsdiq edilməsi adlanır:

  1. dərkənar
  2. denonsasiya
  3. delimitasiya
  4. paraflanma
  5. ratifikasiya

Doğru cavab: ratifikasiya

Sual 18

Hansında daha çox əlavə dəyər yaradılar?

  1. xammal istehsalında
  2. texnologiya istehsalında
  3. tranzit xidmətlərində
  4. ərzaq istehsalında
  5. montajda

Doğru cavab: texnologiya istehsalında

Sual 19

Dünyada ən çox elektromobil istehsal edən ölkə:

  1. ABŞ
  2. Yaponiya
  3. Almaniya
  4. Cənubi Koreya
  5. Çin

Doğru cavab: Çin

Sual 20

Anlayışlardan hansının ortaya çıxması iqtisadiyyatda informasiya texnologiyalarının artan rolu ilə bağlı olmuşdur?

  1. Aqrar iqtisadiyyatı
  2. Azad sahibkarlıq
  3. Amortizasiya
  4. Ticarət balansı
  5. Bilik iqtisadiyyatı

Doğru cavab: Bilik iqtisadiyyatı

Sual 21

Hüquqi aktların iyerarxiyasında hansı ən üst sırada yer alır?

  1. əsasnamə
  2. qanun
  3. təlimat
  4. qərar
  5. fərman

Doğru cavab: qanun

Sual 22

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan xalqı ibarətdir:

  1. Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən
  2. Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından
  3. Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşları və əcnəbilərdən
  4. Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşları və vətəndaşlığı olmayan şəxslərdən
  5. Yalnız Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından

Doğru cavab: Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından

Sual 23

Aşağıdakılardan hansı bir ölkə iqtisadiyyatı üçün arzuolunmaz haldır?

  1. əmək bazarının ehtiyaclarının daxili imkanlar hesabına ödənilməsi
  2. əmanətlərin çoxunun milli valyutada saxlanılması
  3. əhalinin artım sürətinin milli gəlirdəki artımdan yüksək olması
  4. iqtisadi böyümənin inflyasiyadan yüksək olması
  5. xammal ehtiyatlarının daxili ehtiyacdan çox olması

Doğru cavab: əhalinin artım sürətinin milli gəlirdəki artımdan yüksək olması

Sual 24

“Rəsmi çıxışlarda “mən” sözündən deyil, “biz”, “qurumumuz”, “nazirliyimiz” kimi sözlərdən istifadə edilməlidir” cümləsində hansı norma (qayda) ifadə olunmuşdur?

  1. protokol
  2. adət-ənənə
  3. əxlaq
  4. texniki
  5. hüquq

Doğru cavab: protokol

Sual 25

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz:

1)adət-ənənələr

2)səfərbərlik elan edilməsi

3)fövqəladə vəziyyət

  1. 1 və 3
  2. yalnız 1
  3. yalnız 2
  4. 1 və 2
  5. 2 və 3

Doğru cavab: yalnız 1

 

0 şərh